Terror aktı hazırlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Bizi izləyin

Dünya

Terror aktı hazırlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Ötən gecə İsveçdə terror aktının hazırlanmasında şübhəli bilinən Mutar Mutanna Məcid adlı şəxs saxlanılıb. Bu barədə məlumatı İsveç KİV-ləri yayıblar.

Həmin şəxs ölkənin şimalındakı Vesterbotten əyalətində, Buliden adlı yerdə qaçqınlar üçün sığınacağın yaxınlığında saxlanılıb. Polisin məlumatına görə, şübhəli şəxsin saxlanması zamanı heç bir problem yaranmayıb.

İyirmi beş yaşlı İraq vətəndaşı Mutar Mutanna Məcidin “İraq Şam İslam Dövləti” adlandıran terrorçu qruplaşmanın (İŞİD) üzvü olduğu güman edilir. Daha əvvəl o, Suriyada və İraqda İŞİD-in hərbi əməliyyatlarında iştirak edib, habelə Almaniyada olub.

Qeyd edək ki, noyabrın 18-də İsveç polisi və təhlükəsizlik xidməti beş ballıq cədvəl üzrə terror təhlükəsi səviyyəsini üçüncü səviyyədən ölkənin tarixində ən yüksək dördüncü səviyyəyədək artırıb. Hüquq mühafizə orqanlarının nümayəndələri bildiriblər ki, bu tədbirlər krallığa münasibətdə konkret təhlükə ilə bağlıdır. Prokurorluq mümkün terror aktının araşdırılmasına başlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm