Parisi yandıraq, Berlini işğal edək, Rusiya imperiyasının... – Jirinovskinin “dahiyanə” təklifləri - SİYAHI
Bizi izləyin

Dünya

Parisi yandıraq, Berlini işğal edək, Rusiya imperiyasının... – Jirinovskinin “dahiyanə” təklifləri - SİYAHI

Müntəzəm olaraq sərsəm və qeyri-ciddi açıqlamaları ilə gündəmdə olan Rusiyanın Liberal Demokratik Partiyasının lideri Vladimir Jirinovski Rusiya və Türkiyə arasında münasibətlərin gərginləşməsindən sonra yenə öz ampulasındadır.

Rusiyanın SU-24 təyyarəsinin vurulmasından dərhal sonra ölkə rəhbərliyini “Böyük Kürdüstan” və “Böyük Ermənistan” yaradılmasına kömək göstərməyə çağıran Jirinovski sonuncu açıqlamasında Türkiyəni raket nüvə zərbəsi ilə dağıtmağı təklif edib. Partiya sədri “Exo Moskvı” radiosuna müsahibəsində İstanbulu məhv etməyin çox asan olduğunu deyib: “Bunun üçün bir nüvə bombası kifayət edər. Nüvə silahının tətbiqindən sonra dalğaların hündürlüyü 10-15 metr olacaq və 9 milyon (İstanbulda 15 milyon əhali yaşayır – red.) əhalinin yaşadığı şəhər yox olacaq”.

Jirinovski Rusiya mediasında "faşist" və "kloun" kimi ləqəblərlə xatırlanan bir şəxs olsa da “Reuters” agentliyinə görə, Kremlin həyata keçirdiyi siyasətin xidmətçisi olan Jirinovski ictimaiyyət reaksiyasını öyrənmək üçün ən radikal düşüncələri səsləndirməsi ilə tanınır.

Jirinovskinin ən çox reaksiya çəkən açıqlamaları olaraq isə aşağıdakılar xatırlanır:

-“Quş qripi”ni bitirmək üçün hər kəsə silah verək, köçəri quşları vursunlar.

-Çelyabinskə meteorid düşmədi, amerikalılar yeni silahlarından birini sınaqdan keçirdilər.

-Amerikanın “Fast food” şəbəkəsini Rusiyadan qovaq.

-Siyasi partiyaları qadağan edək, Rusiya imperiyasının bayrağını və himnini yenidən qəbul edək.

-Parisi yandıraq, Berlini işğal edək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm