Dünya
İŞİD-in yeni PLANI: Roma təhlükədə
Liviyanın Aralıq dənizi sahilindəki liman şəhəri Sirtdə gücünü xeyli artıran İŞİD terror qruplaşması buranı “İslam dövləti”nin yeni “paytaxt”ı elan etməyi planlaşdırır.
Publika.az xəbər verir ki, bu barədə “Wall Street Journal” liviyalı kəşfiyyat səlahiyyətlilərinə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, İŞİD Sirtdəki hərbi gücünü 200 döyüşçüdən 5 minə qədər artırıb və şəhərdə terror hücumlarının hazırlandığı baza qurub. Şəhərdəki İŞİD üzvləri arasında “idarəçilər” və “maliyyəçilər”in də olduğu bildirilən xəbərdə Sirtin İtaliyaya yaxın olduğu vurğulanıb.
“Niyyətləri açıqdır. Buradan Romanı vurmaq istəyirlər”, - qəzetə danışan liviyalı kəşfiyyat səlahiyyətlilərindən biri vurğulayıb.
Səlahiyyətlinin sözlərinə görə, İŞİD yeni döyüşçüləri Suriya əvəzinə Liviyaya dəvət edir. O, İŞİD-in Sirt yaxınlığındakı neft yatarqlarını ələ keçirməsinin an məsələsi olduğunu bildirib.
“New York Times” qəzeti isə İŞİD-in Liviyanın Aralıq dənizi sahilində 150 kilometrlik bir sahəyə nəzarət etdiyini yazıb. Qəzetə danışan kəşfiyyat mənbələri Suriya və İraqdakı mümkün məğlubiyyətdən sonra Sirt şəhərinin İŞİD tərəfindən baza kimi istifadə olunacağını söyləyib.
Ömər Dağlı
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?