2 milyon gəliri var, avtomobildə yaşayır – FOTOLAR/VİDEO
Bizi izləyin

Dünya

2 milyon gəliri var, avtomobildə yaşayır – FOTOLAR/VİDEO

Amerikanın Beysbol Liqasında mübarizə aparan “Toronto Blue Joys” komandasının üzvü Daniel Norrisi dünyanın ən qəribə idmançılarından biri adlandırırlar.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, gəliri 2 milyon dollardan çox olan idmançı qeyri-adi həyat tərzi keçirir.

Gününü təbiət qoynunda - meşədə, dəniz sahilində keçirən idmançı azadlığı belə gördüyünü deyir. O, müasirlərindən, o cümlədən komanda yoldaşlarından tam fərqli həyat tərzinə malikdir.

Daniel hesab edir ki, insan özünü görə bildiyi kimi yaşamalıdır. Şəxsi hesabında bir neçə milyon dollar olan idmançı avtomobildə yaşayır.“Volksvagen Vestfaliya” markalı avtomobilini özünə ev seçmiş idmançı hər gün “ev”ində təmizlik işləri aparır.

O, avtomobildə özü üçün hər cür şərait yaradıb. Yeməkləri avtomobildə hazırlayır, naharını da orada edir. Kağız tullantılarını, zibil qalıqlarını təmizləyən Daniel “ev”i sahmana saldıqdan sonra üzünü qırxır.

Bəzilərinin evsiz adam kimi qəbul etdikləri idmançı bomjlardan əsaslı dərəcədə fərqlənir. Əvvəla o, özünə yaxşı baxır, geyiminə fikir verir, paltarlarını səliqəli saxlayır. Eyni zamanda, üzünü taraş edir, alkoqollu içkilər qəbul etmir, siqaret çəkmir.

Bütün bunlardan əlavə, Danielin Tennesi ştatının Conson Siti şəhərində kiçik evi var.

Buna baxmayaraq, Daniel qeyd etdiyimiz qeyri-adi həyat tərzini seçib. İdmançını bir zamanlar sevdiyi qızdan elə bu xüsusiyyətləri ayırıb.

Hər gün “Blyu Ceys” təlim düşərgəsində 2 saat gəzən idmançı avtomobilini 2011-ci ildən idarə edir.

Danielin ata və babası 80 il Conson Sitidə velosiped mağazasının sahibi olublar. Bu biznes ailə üzvlərinə yeni dünyagörüşü bəxş edib – açıq havada oynamaq, sadə yaşamaq, torpağı sevmək, israfçılıq etməmək, yalnız zəruri şeylərdən istifadə...

Norris ailəsinin velosiped gəzintisi ilə böyüyüb. Ailəsinin xüsusi ənənələri ilə böyüyən uşaq indi həmin adəti davam etdirir. O, meşədə gecələyir, dənizdə fotolar çəkdirir, üzünü isə balta ilə qırxır. Hərdən isə “twitter”dən yararlanır.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm