Dünya
“İstanbulun taleyi bu şəhərlərdən asılıdır” – ŞOK PROQNOZ
“İraqın Mosul və Suriyanın Hələb şəhərləri itirilərsə, İstanbul da itirilər”.
Publika.az xəbər verir ki, bu sözləri Yaxın Şərqdə baş verən hadisələri analiz edən Türkiyənin “Yeni Akit” nəşrinin yazarı Osman Atalay yazıb.
Onun sözlərinə görə, Suriyada Bəşər Əsədsiz bir gələcək üçün coğrafi və demoqrafik tənzimləmələr həyata keçirilir. Suriya üzərində geostrateji maraqlarının gələcəyini düşünən Rusiya və İran bu döyüşdə ən güclü kartlarını belə istifadə etməkdən geri çəkilməyəcəyini göstərməyə çalışır.
“Yaxın Şərqin ən strateji ölkələrindən olan Suriya İraq və Misir, eyni zamanda İsrailin təhlükəsizliyi baxımından əhəmiyyət daşıyır. Uzun müddətdir “Suriyada nə işimiz var?” sualının cavabı əvvəl Kobani, indi də Türkman dağında baş verənlərdən sonra daha aydın olub. ABŞ, Rusiya, İran, Fransa və İngiltərə hansı geostrateji maraqları üçün Suriyadadırsa, biz də eyni səbəblərə görə, Türkman dağındayıq. Bundan başqa, türkman və ərəb qohumlarımızın təhlükəsizliyi üçün orada olmaq məcburiyyətindəyik”, - Osman Atalay qeyd edib.
Yazarın sözlərinə görə, Türkiyənin Suriya rejimi ilə pis münasibətləri İranın təsiri altında olan Bağdadla münasibətlərdə də özünü göstərir: “İran, Almaniya, ABŞ və İngiltərənin İŞİD-lə mübarizə üçün Mosul və Kərkük şəhərinə gəlməsinə səs çıxarmayan Bağdadın Türkiyə əsgərinin gəlməsinə fəryad etməsi tam bir faciədir. Qərb dövlətlərinin Mosulda olma haqqını Türkiyə üçün görməyən Bağdad rəhbərliyi Rusiya və İranın təsiri ilə diplomatik problem yaratmaq niyyətindədir. Dünən “Bosniya itirilsə, İstanbul itirilər” ifadəsi nə qədər doğru idisə, bu gün də “Mosul və Hələb itirilsə, İstanbul da itirilər” sözü o qədər doğrudur”.
Ömər Dağlı
-
Magazin120:00
Pərvin Abıyeva mini ətəkdə - FOTOLAR
-
Sosial19:24
İki yaşayış məntəqəsi QASIZ QALACAQ
-
Nəqliyyat19:12
Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK AÇIQLAMA
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər