Putin getdi, Bağdadi gəldi - “İlin adamı” elan olundu
Bizi izləyin

Dünya

Putin getdi, Bağdadi gəldi - “İlin adamı” elan olundu

“Time" jurnalı Almaniya kansleri Angela Merkeli “İlin adamı” elan edib.

Publika.az xəbər verir ki, “Time” Merkelin 2015-ci ildə Avropa Birliyinin faktiki lideri olduğunu bildirib.

İŞİD terror qruplaşmasının lideri Əbubəkr Əl-Bağdadi “Time” nəşrinin versiyasına görə, "İlin adamı” nominasiyasında ikinci yeri tutub.

Rusiya prezidenti Vladimir Putinin adı isə İlin adamı”nın müəyyənləşdirilməsi üçün keçirilən anketdə finala qalan 8 nəfərlik siyahıdan çıxarılıb. Jurnalın qalib haqqında yekun materialında Vladimir Putindən başqa bütün iddiaçıların adları çəkilib.

Qeyd edək ki, “Time” jurnalının açıqladığı 8 nəfərlik siyahıda Vladimir Putin, Angela Merkel, Həsən Ruhani, ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp, erməni porno-ulduz Kim Kardaşyanın ögey atası, 65 yaşlı Bruce Jenner, “Uber” adlı texnologiya şirkətinin qurucusu və baş icraçı direktoru Travis Kalanik və ABŞ-da Afrika mənşəli amerikalılara olan mənfi münasibətə qarşı etiraz aksiyaları təşkil edən “Black Lives Matter” (“Qaraların həyatı mühümdür”) nümayişlərinin iştirakçıları var idi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm