Dünya
“Başı götürürsən... - “Xəlifənin şir balaları” barədə ŞOK FAKTLAR
Gələcəyinə “sərmayə” qoyan İŞİD terror təşkilatı azyaşlı uşaqları düşərgələrə toplayır, onları dini fanatiklərə çevirirlər. Bir sözlə, “Xəlifənin şir balaları”nı yetişdirirlər.
Publika.az xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” qəzetinin əlinə 24 səhifəlik sənəd keçib. Sənəddə “İslam dövləti”nin “Uşaq ordusu” barədə planları əksini tapıb. İdeoloji və fiziki hazırlıq keçən uşaqlar edamlarda iştirak edir və terror aktlarının icraçısı olurlar. “Uşaq ordusu”nun sıralarında olan "əsgərlər" 5-16 yaş arasında olurlar.
Soyuqqanlılıq və amansızcasına
“Başı götürürsən, onu arxaya əyirsən və boğazı kəsirsən”, - İŞİD-in döyüşçüləri “Farouk Institute for Cubs” adlı düşərgədə 14 yaşlı Raqxab Əhməd və onun onlarla başqa silahdaşına əsirləri başsız qoymağı öyrədirlər. Uşaqlar əvvəlcə mankenlər və ya oyuncaqlarla məşq edirlər. “Onlar mənə bıçağın əldə düzgün tutulması və zərbə vurulmasını öyrədirlər. Onlar deyirdilər ki, bu mürtədlər və kafirlərin başlarıdır", -“Associated Press” İŞİD-dən qaça bilən yeniyetmənin sözünü sitat gətirir.
“İŞİD uşaq ordusu yaradır. Bu ordu uzun illər Qərbə qarşı vuruşmalı olacaq”, - “Foreign Policy” jurnalı yazır.
İnternetdə İŞİD-çi uşaqlarla bağlı vedeoçarxlar çoxalır. Onlar fiziki məşqlərə qatılır, İŞİD şüarlarını səsləndirir, tikanlı məftillərin altında iməkləyir, edamlarda və hökmün oxunması prosesində iştirak edirlər. Bu cür videoçarxlardan birinə görə, 12-13 yaşlarındakı 25 uşaq Palmira şəhərinin amfiteatrında 25 əsiri güllələyirlər.
Başqa bir videoçarxda isə uşaqlar kəsilmiş başlarla futbol oynayırlar. Daha bir videoçarxda isə Suriya ordusunun zabiti üzərindəki divanda on yaşlı uşaq iştirak edir. O, kiçik bıçağı ilə hərbi qulluqçunun başını soyuqqanlılıqla bədənindən ayırır.
"Xəlifənin şir balaları"
İŞİD düşərgələrində təlim keçən 16 ildən daha gənc uşaqlar “Aşbal al-xilyafa” (“Xəlifənin şir balaları”) adlandırılır. Təcrübəsiz olduğu üçün onlardan döyüşdə istifadə etmək mənasızdır. Onlardan canlı qalxan kimi istifadə edilir, uşaqlar “islam düşmənləri”nin edamlarında iştirak edir və heç bir şübhə çəkmədən istənilən blokpostdan asanlıqla keçə bilərlər. Bundan başqa, “Xəlifənin şir balaları” yaralı ekstremistlər üçün qan verir və küçələr patrul keşiyi çəkirlər. Onlar həmçinin İŞİD-in agentləridir. Uşaqların köməyi ilə kimlərin İŞİD-ə loyal olduğunu, yaxud da İŞİD-ə düşmən münasibətdə olması asanlıqla üzə çıxarılır.
İŞİD-in təlim düşərgələrində nə qədər uşağın təlim keçdiyini və hazırda düşərgələrdə nə qədər uşağın olduğu məlum deyil. Amma İŞİD-in döyüşçüləri özləri bildirirlər ki, bu cür təlim düşərgələrinin sayı yüzlərlədir. Yalnız Suriyanın Rakka şəhərində ən azı beş düşərgə var və hər birində bir neçə yüz uşaq təlim alır.
Bu uşaqların cəlb edilməsi üçün yaxşı təşkil edilən sistem mövcuddur. İŞİD-in nəzarətində olan ərazilərdə “maarifləndirici multimedia məntəqələri” fəaliyyət göstərir. Burada uşaqlara təbliğatçılıq videoçarxları göstərilir, peçenye, konfet və içkilərə qonaq edilir, onlara disklər paylanılır. İŞİD-in nəzarətində olan ərazilərdə məktəblərin əksəriyyəti bağlanıb. Uşaqlar heç nə ilə məşğul olmurlar və İŞİD-in çağırışlarına həvəslə cavab verirlər. Eyni zamanda uşaqların valideynlərinə də müəyyən məbləğ ödənilir.
Günün qaydaları
“Xəlifənin şir balaları” yaşından asılı olaraq müxtəlif düşərgələrdə yerləşdirilir. Onlar ilk olaraq islam təbliğatına cəlb edilir, sonra onlara fiziki və döyüş hazırlığı mərkəzlərində silahla davranma qaydaları öyrədilir. Fiziki və döyüş hazırlığı bir aya qədər davam edir. Uşaqlar bundan sonra vuruşmağa göndərilir.
Səhər saat dörddə ibadətə qalxmaq, sonra islam dini üzrə mühazirələr, əlbəyaxa döyüş qaydaları, odlu silahla davranma, qaçış, ərəb dilinin öyrənilməsi, Qurani Kərimdən surələrin öyrənilməsi. Uşaqların gündəlik həyatı 8-10 saat bu şəkidə davam edir.
“Onlar məni vurur və hərəkətsiz uzanmağa məcbur edirdilər. Deyirdilər ki, mən belə daha güclü olacağam”, - Raqxab Əhməd bildirir.
Cihada gedən uzun yol
İŞİD-in döyüşçüləri oğlanları bir-biri ilə döyüşməyə məcbur edirlər. “Məşqçi dedi ki, əgər mən öz 10 yaşlı qardaşımın çənəsinə vurmasam, onun özü məni vuracaq və daha sərt davranacaq”, - 15 yaşlı Yaxua deyir.
Bundan başqa, uşaqları hər gün zorakılıq səhnələrini izləməyə məcbur edirlər.
Ekstremistlər qızları da diqqətdən kənarda saxlamırlar. Emil adlı müəllimə Britaniyanın “Channel 4” telekanalına bildirib ki, on yaşa çatan məktəbli qızları din naminə özlərini qurban verməyə inandırırlar. “Qızları inandırmaq istəyirlər ki, kamikadze olmaqla və “kafirləri” öldürməklə cənnətə düşəcəklər”, - o, söyləyib.
Şahidlərin sözlərinə görə, son zamanlar Suriya və İraqda İŞİD-in nəzarətindəki ərazilərdə insanlar qətllər və edamlara o qədər alışıblar ki, başı kəsilmiş cəsədlər heç kimi qorxutmur.
“Biz yeniyetmələrin psixoloji travmalar alan bütöv nəslini itirə bilərik. Əgər onlar əvvəlki kimi hər gün belə vəhşilikləri müşahidə edəcəklərsə, nəticələr daha ciddi ola bilər”, - “Save the Children Мисти Basuell” təşilatının nümayəndəsi əmindir.
Ömər Dağlı
-
Elm və təhsil03:45
Buraxılış imtahanının modeli dəyişdirildi - Şagirdlərə necə təsir edəcək?
-
Kriminal02:43
19 yaşlı oğlan eşq yaşadığı iki qadını öldürüb intihar etdi - FOTOLAR
-
Magazin101:57
Mustafa Sandalın Bakıda çıxış etdiyi dəbdəbəli toydan GÖRÜNTÜLƏR
-
Qoroskop00:35
Günün qoroskopu: bu arzu sizi hərəkətə keçirəcək
-
Hadisə4 Oktyabr 21:45
Bakıda villa YANDI - VİDEO/YENİLƏNDİ
-
Hadisə4 Oktyabr 21:39
Azərbaycanda müəllim intihar etdi - FOTO
-
Dünya4 Oktyabr 21:05
ABŞ-dan Gürcüstandakı vətəndaşlarına XƏBƏRDARLIQ
-
Dünya4 Oktyabr 19:55
İsrail ordusu “Hizbullah”ın 21 komandirini öldürdü