Dünya
Ukraynada vəziyyət gərginləşdi - Rusiya ordusu Donbasa girdi
Ukraynanın Donbas hövzəsində vəziyyət yenidən gərginləşib.
Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, Donetsk vilayətinin Kominternovo kəndinə Rusiya silahlı qüvvələrinin motoatıcı bölüyü daxil olub.
Ukrayna Ali Radasının üzvü Dmitri Tımçukun rəhbəri olduğu “İnformasiya Müqaviməti” hərbi tədqiqatlar mərkəzinin məlumatına görə, atəşkəs rejiminə baxmayaraq, Rusiya qoşunları Donbas hövzəsində yeni ərazilərin tutulmasını davam etdirir.
“Rusiya Kominternovo zonasına əlavə gücləri tullayaraq və yeni mühəndislik avadanlığı quraraq hərbi mövcudluğunu genişləndirirlər. Novoazovsk istiqamətinə hərbi texnikanın 6 vahidi, Lüksemburq və Poroxnya rayonlarına isə 3 tank, 2 MT-LB, 4 BTR-80 və 1 BRDM-2 irəliləyir. Onlar “könüllülər” deyil, Rusiya ordusunun nizami qoşun hissələridir”, - mərkəzin məlumatında deyilir.
Son məlumata görə, Kominternovo kəndini tutan döyüşçülər texnikanı yaşayış məntəqəsindən uzaqlaşdırıblar. Bunu “Facebook” səhifəsində daxili işlər naziri Arsen Avakov bildirib. Onun sözlərinə görə, bu addım bölgəyə ATƏT müşahidəçilərinin getməsi ilə bağlıdır.
Ömər Dağlı
-
Sosial19:24
İki yaşayış məntəqəsi QASIZ QALACAQ
-
Nəqliyyat19:12
Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK AÇIQLAMA
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi