2016-cı il dünyanı dəhşətli fəlakət gözləyir: aclıq, quraqlıq, sel...
Bizi izləyin

Dünya

2016-cı il dünyanı dəhşətli fəlakət gözləyir: aclıq, quraqlıq, sel...

2016-cı ildə dünyada qıtlıq və xəstəliklər milyonlarla insanın məhvinə səbəb olacaq.

Publika.az
xəbər verir ki, BBC gələn il güclü “El Nino” qasırğası baş verəcəyini yazır.

Məlumata görə, qasırğa nəticəsində dünyanın bəzi bölgələrində quraqlıq, bəzi bölgələrində isə sellər olacaq və bu fəlakətlərdən milyonlarla insan əziyyət çəkəcək. Mütəxəssislərin fikrincə, “El Nino” ən güclü təsirini Afrika qitəsində göstərəcək. Fevral ayından başlayaraq qitədə qida qıtlığı olacaq. Həmçinin, onun təsirləri Karip adaları, Orta və Cənubi Amerika, Qvetalama, Hondarus, Salvador kimi bölgələrdə də özünü göstərəcək, ümumilikdə iki milyon insanın həyatı təhlükə altına düşəcək.

Araşdırmalara görə, “El Nino”nun nəticəsində 2015-ci il ən isti il olub. Böyük Britaniyanın Readinq Universitetinin mütəxəssisi Bik Klinqaman məsələ ilə bağlı bildirib ki, bir çox tropik ölkələrdə yağış 20 faizə qədər azaldığı vaxtda, İndoneziya tarixinin ən quraq ilini yaşayıb.

Araşdırmalara görə, 2016-cı ildə təkcə Afrikada 31 milyon insan aclıqdan əziyyət çəkəcək.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm