Dünya
Səudiyyə Ərəbistanı İran səfirini qovdu
Səudiyyə Ərəbistanı ilə İran İslam Respublikasının münasibətlərindəki gərginlik durmadan artır.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi İrana nota verib.
İranın bu ölkədəki səfiri XİN-ə çağrılıb və ona Səudiyyəli alim Ayətullah Şeyx Nimr Baqir əl-Nimrin edam edilməsi ilə əlaqədar İran rəsmilərinin verdiyi açıqlamalarla bağlı nota verilib. Səudiyyə Ərəbistanı ölkəni tərk etmək üçün İran səfirinə 24 saat vaxt verib.
Səudiyyə XİN-in rəsmiləri İrandan bu edamla bağlı açıqlamaların “düşmənçilik” münasibətlərini əks etdirdiyini vurğulayıblar.
Onu da əlavə edək ki, İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Ərəbistan dövlətini terrorçu və təkfirçi qrupları himayə etməkdə ittiham edib. Bildirib ki, qarşı tərəf ölkə daxilində öz müxalifləri ilə edam və repressiya dili ilə danışır.
Bir qədər əvvəl isə Tehranda etiraz aksiyaları zamanı Səudiyyə Ərəbistanının nümayəndəliyinə hücum olub.
Anar
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Region8 May 23:58
Putinlə Paşinyanın görüşü başladı
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
İdman8 May 23:22
"Real" "Bavariya"ya qarşı - CANLI
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO
-
Qoroskop8 May 20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır
-
Magazin18 May 19:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı
-
Kriminal8 May 18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Külli miqdarda pul mənimsəyib?