Region
Gürcüstanda leysan: ölən və itkin düşən var
Gürcüstanda leysan yağışları paytaxt Tbilisi də daxil olmaqla, bir neçə rayonda ciddi fəsadlar törədib.
Publika.az xəbər verir ki, Kaspi rayonu ərazisindən keçən Kavtura çayı məcrasında çıxıb. Sel suları Kavtisxevi kəndi ərazisində içərisində 3 nəfərin olduğu minik avtomobilini aparıb. Nəticədə 1 nəfər ölüb, 1 nəfər xilas edilib. Üçüncü şəxsin axtarışları isə davam edir.
Qori rayonu ərazisindəki Medcuda və Tortla çayları da məcrasından çıxıb. 4 kəndin və məcburi köçkünlərin məskunlaşdığı Karaleti qəsəbəsini su basıb. 70-dən çox evə və ictimai-iaşə obyektinə su dolub.
Tianeti bələdiyyəsi ərazisindəki 10 kəndlə əlaqə tam kəsilib.
Paytaxtın “Köhnə Tbilisi” adlanan hissəsindəki Dmitri Kipiani küçəsində torpaq sürüşməsi nəticəsində evin divarı uçub. Xəsarət alan yoxdur, evlərə isə ciddi ziyan dəyib.
Leysan yağışları və sel suları magistral yolları, qaz kəmərlərini, elektrik dirəklərini dağıdıb, təsərrüfat sahələri yararsız vəziyyətə düşüb.
-
ABŞ11:06
Hər şey ABŞ-Rusiya müharibəsinə aparır: Bayden bu qadağanı ləğv edir
-
Dünya10:50
Putin təsdiqlədi: Bu qədər pul Türkiyəyə bağışlandı
-
Sosial10:20
Azərbaycanın ən qorxulu kəndi: Bütün sakinlər nədən qaçıblar? - VİDEO
-
Sosial09:48
Yaqub Eyyubovun qardaşı qızı ilə bağlı qalmaqal
-
MDB09:12
Azov və Qara dənizdə şiddətli müharibə: Ukrayna ATACMS raketləri ilə hücum etdi
-
Nəqliyyat08:50
Bakıda sıxlıq olan yollar - SİYAHI
-
Dünya06:49
Bu ölkədə havanın temperaturu 52 dərəcəyə çatdı
-
Dünya05:15
Ərdoğandan İtaliyaya Fələstinlə bağlı ÇAĞIRIŞ