Merkelin Türkiyə sevgisinin şok sirri: Ərdoğana hər şeyi...
Bizi izləyin

Dünya

Merkelin Türkiyə sevgisinin şok sirri: Ərdoğana hər şeyi...

“Almaniya Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın hərəkətlərinin qanuni prinsiplərdən nə qədər uzaq olduğunu anlayır. Ancaq indiki şəraitdə Almaniyanın onunla əməkdaşlıqdan başqa çıxış yolu yoxdur”.

Publika.az xəbər verir ki, bunu Almaniyanın “Deutsche Welle” nəşri yazıb.

Nəşr bildirir ki, Almaniya hökuməti Türkiyə və Səudiyyə Ərəbistanına Yaxın Şərq regionunda sabitliyin təmin olunması üçün vacib ölkələr kimi baxır. “Almaniya təkid edir ki, terrorizmə müqavimət göstərmək və qaçqınlar problemini nizama salmaq üçün bu ölkələrlə əməkdaşlıq yeganə yoldur”, - “Deutsche Welle” qeyd edir.

Nəşrin yazdığına görə, Almaniyanın bu ölkələrlə əməkdaşlığının digər səbəbi Rusiya və İrandır. Bildirilir ki, Avropanın maraqları sferasında olan Yaxın Şərq regionunda nəzarətin Rusiya və İrana verilməməsi strateji məsələdir.

Xristian-Demokrat Partiyasından (XDS) olan deputat Roderixa Kizevetteranın sözlərinə görə, Almaniya Türkiyə və Səudiyyə Ərəbistanı ilə əlaqələrin möhkəmləndirilməsi hesabına Yaxın Şərq regionuna Rusiya və İranın nəzarət etməyəcəyinə dair əmin olmaq istəyir.

“Almaniya Rusiyaya güzəşt etməmək üçün Ərdoğana hər şeyi bağışlamağa hazırdır”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm