“Buna çeçenlər də nail olmayacaq”
Bizi izləyin

Dünya

“Buna çeçenlər də nail olmayacaq”

“Rusiyanın dövlət quruluşunun sürətli iflası baş verəcək. Heç bir çeçen onu xilas etməyəcək”.

Publika.az xəbər verir ki, bu sözləri Rusiya müxalifətçisi Konstantin Borovoy öz bloqunda yazıb.

“Böyük ehtiyatlar Rusiya gəmisini saxlamağa imkan verirdi. Bundan sonra gəmiyə dəyəcək yaxşı bir zərbə onu çevirəcək. Öz bədənləri ilə təbii hadisəyə qarşı çıxaraq gəminin balansını saxlamaq qorxmaz çeçenlərin komandasına da müvəffəq olmayacaq”, - o, qeyd edib.

Onun sözlərinə görə, ilk “xilas olanlar” prezident Vladimir Putin və onun yaxın ətrafı olacaq. Rusiya müxalifətçisi onların ölkədən qaçacaqlarını deyib. Konstantin Borovoy hesab edir ki, bunun üçün onlarda bütün imkanlar var.

”Başqalarını da inandıracaqlar ki, hər şey yaxşıdır və ölkə musiqi ilə öləcək”, - Borovoy vurğulayıb.

Daha əvvəl Rusiya əsilli Amerika tarixçisi Yuri Felştinski bildirib ki, Putin Ukraynaya müdaxilə üçün böyük əvəz ödəyib, amma bu hələ son deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm