Saakaşvili hərbi sirri niyə yayır? Ukrayna ŞOKDA – VİDEO
Bizi izləyin

Dünya

Saakaşvili hərbi sirri niyə yayır? Ukrayna ŞOKDA – VİDEO

Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili hərbi sirləri yaymaqda ittiham olunur.

Publika.az xəbər verir ki, TSN telekanalı Saakaşvilinin Mariupol yaxınlığında mövqe tutan Ukrayna hərbçiləri barədə məxfi informasiyanı internetdə yerləşdirdiyini bildirib.

Məlumata görə, Saakaşvili anti-terror əməliyyatları zonasına baş çəkib. Qubernator Mariupolda “Fırtına” batalyonunun döyüşçüləri ilə də görüşüb. O, qeydə alınan video görüntüləri, həmçinin blokpostların yerləşdiyi mövqeləri və xəritəni internetdə dərc edib.

“Artıq separatçıların saytları bu informasiyanı fəal şəkildə yayırlar. Videoda hər şey var – məxfi müşahidə postu və komandirin izahları ilə operativ xəritə. Döyüşçülərin üzləri göstərilir”, - xəbərdə deyilir.

Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahı görüntülərin internetdə yerləşdirilməsini hələ rəsmən şərh etməyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm