İŞİD "Cihadçı Con"un öldüyünü təsdiqlədi
Bizi izləyin

Dünya

İŞİD "Cihadçı Con"un öldüyünü təsdiqlədi

İŞİD terror qruplaşması Cihadçı Conun ölümünü təsdiqləyib.

Axar.az Röyter-ə istinadən xəbər verir ki, 27 yaşlı britaniyalı gənc ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın hava zərbələri nəticəsində qətlə yetirilib.

Pentaqon Cihadçı Con ləqəbli Muhammed Emvazinin ölümünü hələ noyabr ayında təsdiqləmişdi.

Qeyd edək ki, Cihadçı Con Britaniyanın Baş naziri Devid Kemerona, ABŞ Prezidenti Barak Obamaya və digər Qərb liderlərinə yolladığı videoları və qətlə yetirdiyi jurnalistlərlə tanınırdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm