Fransadan İŞİD-ə zərbə
Bizi izləyin

Dünya

Fransadan İŞİD-ə zərbə

Fransa qırıcıları son bir həftə ərzində İraq və Suriyada İŞİD-in mövqelərinə 62 hava zərbəsi endirib.

Axar.az xəbər verir ki, bu barədə Fransanın Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, İraqdakı əməliyyatlar Mosul və Ramadi şəhərləri ətrafında həyata keçirilib.

Mosul şəhərində İŞİD-in telekommunikasiya mərkəzi və qərargahı da məhv edilib.

Qeyd edək ki, noyabrın 13-də Parisdə baş verən silsilə terror aktlarından sonra Fransa İŞİD-ə qarşı aktiv hərbi əməliyyatlara başlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm