Rusiya-Türkiyə müharibəsi orada başlayacaq – Kreml sərhəddə...
Bizi izləyin

Dünya

Rusiya-Türkiyə müharibəsi orada başlayacaq – Kreml sərhəddə...

Rusiya və Amerika hərbçiləri Suriyanın şimalında bir-birindən təxminən 50 kilometr məsafədə təyyarə bazaları yaratmağa başlayıb.

Publika.az xəbər verir ki, bu barədə Britaniyanın “The Times” nəşri bildirib.

Bir gün əvvəl isə Rusiya hərbçilərinin Suriyanın şimalındakı fəallığı haqqında ABŞ-ın “Fox” telekanalı məlumat verib.

Amerika kəşfiyyatında mənbələr Britaniya nəşrinə açıqlamasında təsdiq ediblər ki, Rusiya hərbçiləri Türkiyə sərhədinin yaxınlığında yerləşən Qamışlı (Latakiya vilayəti) şəhərindəki beynəlxalq aeroportda yerləşiblər. Aeroporta Suriyanın hökumət gücləri nəzarət edir. Mənbələrin məlumatına görə, rusiyalılar hərbi güclərinin yerləşdirilməsi üçün ərazini araşdırırlar. Aeroportun əsas üstünlüyü 3,6 kilometr uzunluğundakı uçuş-enmə zolağının olmasıdır. Bu yalnız qırıcılar və bombardmançılara deyil, həm də ağır nəqliyyat təyyarələrinin enməsinə imkan verir.

Kəşfiyyat nümayəndələri qeyd edirlər ki, Rusiya mütəxəssisləri artıq müdafiə sistemlərinin yerləşdiriləcəyi yerləri seçiblər. Məlumata görə, müdafiə sistemləri Suriya kürdlərini Türkiyə ordusunun mümkün hücumlarından müdafiə edəcək.

“The Times”in yaxdığına görə, yanvarın 22-də Türkiyə prezidenti Rəcəb Ərdoğan Rusiyanın Suriyanın şimalındakı hərbi hərəkətlərindən narahatlığını ifadə edib. Prezident qeyd edib ki, təxminən 200 Rusiya hərbçisi Qamışlı şəhərinin aeroportunda uçuş-enmə zolağının möhkəmləndirilməsi işlərinə başlayıb. Ərdoğan bildirib ki, Türkiyə sərhədləri boyu Rusiya qüvvələrinin yerləşməsinə dözməyəcək.

Suriyanın “Local Coordination Committees” təşkilatı bu günlərdə bildirib ki, Qamışlı aeroportunda 100 Rusiya hərbçisi yerləşdirilib. Daha əvvəl isə ABŞ hökumətindəki mənbələr “Reuters” agentliyinə bildiriblər ki, Rusiya Latakiyada təyyarə bazası tikir. Bəzi məlumatlara görə, Rusiya orada MİQ-31 və Su-25 təyyarələri yerləşdirməyi planlaşdırır.

Qeyd edək ki, Rusiya Suriyadakı hava əməliyyatları üçün hazırda Lazikiyedəki Xmeymim hərbi-hava bazasından istifadə edir.

KİV-in məlumatına görə, Amerika bazası Türkiyə ilə sərhəddə və İraq- Suriya sərhədinin bir neçə kilometrliyinə yerləşən Ramaylan şəhərinin ətrafında (Haseke vilayəti) qurulacaq.ABŞ-ın “Stratfor” analitik mərkəzi əldə etdiyi peyk görüntüləri sayəsində amerikalıların Suriyanın şimalındakı hərbi fəallığı təsdiqləyib. Şirkətin ekspertləri qeyd edirlər ki, yerli aerodromun uçuş-enmə zolağı demək olar ki, iki dəfə - 700 metrdən 1315 metrə qədər artırılıb. Aerodrom orta ölçülü hərbi nəqliyyat təyyarələrinin enməsinə imkan verir.

ABŞ Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi “The Times” açıqlamasında təsdiqləyib ki, Amerika xüsusi təyinatlı dəstəsinin kiçik qrupu həqiqətən də Suriyadadır.Bir gün əvvəl isə ABŞ Baş Qərargahlar rəislərinin Birləşmiş Komandanlığının sədri general Cozef Danford “Fox” kanalına Amerika hərbçilərinin fəallığını şərh etməkdən imtina edib: “Əlbəttə, mən bizim xüsusi təyinatlılarımızın orada nə etdiyini açıqlamayacağam”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm