Bu virus uşaqların anomaliya ilə doğulmasına səbəb olur
Bizi izləyin

Dünya

Bu virus uşaqların anomaliya ilə doğulmasına səbəb olur

Amerika qitəsində Zika adlı virus yayılıb. Publika.az xəbər verir ki, virus Kanada və Çilidən başqa bütün qitəni əhatə edib.

Virus uşaqlarda anadangəlmə anomaliyalar yaradır. Ona qarşı mübarizə aparmaq üçün qitənin bütün ölkələri hərəkətə keçib.

Bu virus ağcaqanad dişləməsindən yayılır. Bəzən virusa yoluxan insanda heç bir xəstəlik müşahidə olunmasa da, ana bətnində olan uşaqların sağlamlığına ciddi təsir edir. Həmin uşaqlar müxtəlif anomaliyalarla dünyaya gəlir. Virusun insandan-insana keçib-keçmədiyi bilinmir. Ağcaqanadın aedes növündən yoluxan xəstəlik ABŞ-ın cənub bölgəsini təhlükə altına qoyub.

Mütəxəsislərin sözlərinə görə, virusa yoluxanlarda hərarət, əzələ ağrısı, gözdə qızartı kimi əlamətlər hiss olunur. Bu vaxta qədər xəstəliyin tam müalicəsi və peyvəndi tapılmayıb.

ABŞ-da bu virusa yoluxanların əksəriyyəti turistlərdir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm