“Putin Ərdoğanı buna təhrik edir” - İDDİA
Bizi izləyin

Dünya

“Putin Ərdoğanı buna təhrik edir” - İDDİA

Son günlər Rusiya və Türkiyə arasında ikinci “təyyarə böhranı” yaşanır. Ankaradan verilən məlumata görə, yanvarın 29-da Rusiyanın Su-34 təyyarəsi Türkiyənin hava məkanını pozub. Hadisənin konkret olaraq Suriya ilə sərhəd Qaziantep vilayətində baş verdiyi deyilir.

Öz növbəsində, Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi general-mayor İqor Konaşenkov iddianı rədd edib.

Publika.az xəbər verir ki, hadisəni şərh edən Yaxın Şərq Tədqiqatları Mərkəzinin eksperti Sergey Danilov Rusiyanın hərəkətlərinin planlı xarakter daşıdığını bildirib.

Onun sözlərinə görə, Rusiya aviasiyası Türkiyənin hava məkanında uçmaqla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı cavab hərəkətlərinə təhrik edir.

“Vladimir Putin türk prezidentinin reaksiyasını sınaqdan keçirir. Rusiyalılar türklərə deyirlər ki, necə istəyiriksə, özümüzü o cür aparacağıq! Bu güc tətbiqinə təhrikdir”, - Danilov əmin edib.

Ekspert əmindir ki, Moskva Suriya məsələsinin həllini qeyri-mümkün etmək istəyir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm