Müğənni: “Ağ Evə Tramp kimi murdar tikəsini...”
Bizi izləyin

Dünya

Müğənni: “Ağ Evə Tramp kimi murdar tikəsini...”

Amerika müğənnisi və reper Aziliya Benks ABŞ-ı və prezidentliyə namizəd Donald Trampın hər ikisini “şər” adlandırıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, müğənni bu barədə “Twitter”dəki hesabında yazıb.

Müğənni qeyd edib ki, Respublikaçılar Partiyası milyarderin namizədliyini irəli sürsə, onu prezident seçkilərində dəstəkləyəcək.

“Məndə Amerikanın yaxşı gələcəyi üçün ümidlər yoxdur. Bu kapitalist və irqçi ölkədir. O öz növbəsində şərdir. Bu ölkə tamamilə murdardır. Murdarı tanımaq üçün bir murdar tikəsini Ağ Evə yerləşdirmək lazımdır. Düşünürəm ki, Donald Tramp şərdir. O, Amerikaya ona görə lazımdır ki, ölkə özünü saxlaya bilsin”,- müğənni yazıb.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri 8 noyabr 2016-cı ildə keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm