Lavrovdan Ankaraya xəbərdarlıq: “Bunu etməlisiniz” - VİDEO
Bizi izləyin

Dünya

Lavrovdan Ankaraya xəbərdarlıq: “Bunu etməlisiniz” - VİDEO

Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyəyə xəbərdarlıq edib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Lavrov Suriyanın hava məkanında yaşana biləcək hadisələrin qarşısının alınması üçün Ankaranın Rusiya və ABŞ arasındakı memoranduma əməl etməli olduğunu söyləyib.

“ABŞ-ın liderlik etdiyi beynəlxalq koalisiyaya üzv olan bütün ölkələr Suriyanın hava məkanında baş verə biləcək hadisələrin qarşısının alınması üçün Rusiya-ABŞ memorandumuna riayət etməlidir. Bu, əlbəttə, Türkiyəni də maraqlandırır”, - Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu Dabidə rəsmi səfərdə olan Lavrov deyib.

Ömər Dağlı


Rusya'dan Türkiye'ye Jet Uyarısı: ABD Rusya... by haberler

Oxumağa davam et
Reklam
Reklam

Gündəm