Şimali Koreya qonşuya işlədilmiş tualet kağızları atdı
Bizi izləyin

Dünya

Şimali Koreya qonşuya işlədilmiş tualet kağızları atdı

Koreya Xalq Demokratik Respublikası Cənubi Koreyanın ərazisinə heliumla doldurulmuş kürələr atıb.

Publika.az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, kürələrə təbliğatçılıq vərəqələri və istifadə edilmiş tualet kağızları bərkidilib.

Nəşrin məlumatına görə, hər kürəyə taymerlə partlayıcı maddənin kiçik yükü də bağlanıb. Lakin onların heç biri yerə düşdükdən sonra partlamayıb. Cənubi Koreya hərbçiləri kürələrdə kimyəvi və ya bioloji silahın olmasından şübhələnirlər.

Qeyd edək ki, Şimali Koreya hakimiyyəti hidrogen bombasının müvəffəqiyyətlə sınaqdan keçirildiyini açıqladıqdan sonra Cənubi Koreya sərhəddə qoyulan təbliğatçılıq səsucaldanlarını yenidən işə salıb. Onların fəaliyyəti 2015-ci ilin avqustunda ikitərəfli razılaşmadan sonra dayandırılmışdı.

Koreya Xalq Demokratik Respublikası və Koreya Respublikası indiyə qədər rəsmi müharibə vəziyyətindədir. Koreya müharibəsindən (1950-1953 il) sonra sülh müqaviləsi bağlanmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm