“Putin ölkəni uzunmüddətli mühasirəyə hazırlayır”
Bizi izləyin

Dünya

“Putin ölkəni uzunmüddətli mühasirəyə hazırlayır”

“Almaniya kansleri Angela Merkel Rusiyaya qarşı Avropanın sanksiyalarının uzadılacağını təsdiqlədi. Ancaq Moskva buna artıq hazırdır”.

Publika.az xəbər verir ki, bunu Ukraynanın “Obozrevatel” nəşrinə açıqlamasında Razumkova Mərkəzinin eksperti, sabiq diplomat Mixail Paşkov deyib.

"Sanksiyalar ilin sonuna kimi uzadılacaq. Həmçinin, Rusiya öz mövqeyini dəyişdirməyəcək. Putin ölkəni uzun mühasirəyə hazırlayır. Putinin bütün bəyanatlarına diqqətlə baxaq. O, işarə edir ki, rusiyalılar kəmərlərini sıxmalıdır. Və rusiyalılar bunu edəcəklər. Rusiya cəmiyyəti həyat səviyyəsinin düşməsinə hazırdır. Buna görə də Kreml Ukraynada müharibəni davam etdirəcək”, - ekspert xəbərdarlıq edib.

Diplomat qeyd edib ki, Avropada problemlərin kəskinləşməsi Kremlin əlinə oynayır: “Avropa Birliyi miqrasiya böhranı ilə qarşılaşıb. “İslam dövləti”, Suriyada müharibə və Moskva ilə Ankara arasındakı münaqişə əlavə problemlər deməkdir. Gərginliyin bu nöqtələri problemlərin skeletini yaradır. Buna görə də Avropa Birliyi münaqişəni bizim hesabımıza həll etmək üçün Ukraynaya təzyiq göstərməyə başlaya bilər”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm