Müxalifətin təchizat yolları kəsildi – DÖYÜŞLƏR GEDİR
Bizi izləyin

Dünya

Müxalifətin təchizat yolları kəsildi – DÖYÜŞLƏR GEDİR

Suriya ordusu Türkiyədən Hələb vilayətinə uzanan və müxalifət qüvvələrinin təchizatında mühüm rol oynayan əsas yolları kəsib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Suriya ordusundakı mənbə bildirib.

Onun sözlərinə görə, Maer-Andan və Aazaz-Hələb yolları kəsilib. “Beləliklə, Hələbin şimalına Türkiyədən döyüş sursatlarının çatdırılması yolu kəsilib”, - agentliyin həmsöhbəti deyib.

Suriya hərbçilərinin məlumatına görə, hazırda əsas döyüşlər üç ildir mühasirədə olan Nubel və az-Zahra şəhərlərinin ətrafında gedir. Fevralın 2-də Hələb istiqamətində iki yaşayış məntəqəsi azad edilib. Reytan şəhəri hazırda hökumət qoşunlarının artilleriya atəşi altındadır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm