Dünya ŞOKDA: Miqrantların acından öldürülməsi təklif olundu
Bizi izləyin

Dünya

Dünya ŞOKDA: Miqrantların acından öldürülməsi təklif olundu

Belçikanın Qərbi Flandre vilayətinin valisi Karl Dekaluve insanlıqdan kənar çağırışla gündəmə gəlib.


Publika.az xarici mediaya istinadən xəbər verir ki, vali xalqdan miqrantlara kömək etməməsini, xüsusilə də onlara yemək verməməsini istəyib.

Vali polisin 3 gün əvvəl bir limanda qeyri-qanuni yollarla ölkəyə daxil olmağa çalışan 40 miqrantı tutduğunu xatırladıb və bu cür əməliyyatları dəstəklədiyini bildirib.

“Miqrantlara kömək etsəniz, daha çox gələcəkdir”, - Karl Dekaluve vurğulayıb.

Yunanıstanın miqrantlarla iş üzrə naziri İoannis Mouzal isə ötən həftə miqrantları dənizə tökməyi təklif edib: “Miqrantları dənizə tökün, qanunları tapdalayın. Boğulub-boğulmayacaqları məni maraqlandırmır".

Yaxın Şərq və Afrika ölkələrindən Avropaya köçən müsəlman miqrantlarla bağlı Hollandiyada keçirilən tədbirdə çıxış zamanı nazir bildirib ki, bu şok tələbi belçikalı həmkarı Teo Françe irəli sürüb. Amma adıçəkilən belçikalı nazir bunu yalan iddia adlandırıb və deyilənləri təsdiq etməyib.

Ötən həftə Almaniyadan da miqrantlarla bağlı qorxunc bir təklif gəlib. Sağçı “Almaniya üçün alternativ” (AfD) partiyasının sədri Frauke Petry bəyan edib ki, lazım gələrsə alman polisi ölkəyə qeyri-qanuni daxil olmağa cəhd edən miqrantlara atəş açmalıdır.

“Mannheimer Morgen” qəzetinə müsahibəsində xanım Petry qeyd edib ki, polis Avstriyadan Almaniyaya daxil olmağa çalışan miqrant axınını dayandırmalıdır: “Ekstremal halda silahdan istifadə etmək qanunun tələbidir. Mən istəmirəm ki, belə olsun, lakin silah işlətmək son çarədir”.

Məlumata görə, 2015-ci ildə Avropaya çoxu suriyalı və iraqlı olmaqla bir milyon miqrant daxil olub. Lazımlı tədbirlərin görülməyəcəyi halda, 2017-ci ilin sonuna qədər onların sayının üç milyonu keçəcəyi gözlənilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm