Türkiyəli general: “Terroru yox edəcəyik”
Bizi izləyin

Dünya

Türkiyəli general: “Terroru yox edəcəyik”

Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı, general Salih Zeki Çolak Kosovoya iki günlük səfərə gedib.

Publika.az xəbər verir ki, səfər çərçivəsində türk general Kosovoda türklərin kompakt yaşadığı Prizren və Mamuşa bölgəsində də olub.

Kosovolu türklər qarşısında çıxış edən general Salih Zeki Çolak bildirib ki, hazırda Türkiyənin ən böyük problemi terror məsələsidir: “İndi bizim qarşılaşdığımız ən böyük problem terrordur. İnşallah, dövlətimizin və xalqımızın güclü birliyi sayəsində bu problemin də həllinə nail olacağıq. Başda prezidentimiz və baş nazirimiz olmaqla, bütün dövlət vəzifəliləri və Silahlı Qüvvələrimizin birgə səyi nəticəsində terroru yox edəcəyik. Daha güclü Türkiyə dövləti ilə sizin də dəstəyinizi saxlayacağıq.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm