Səudiyyə Ərəbistanı Suriyada quru əməliyyatlarına başlayır
Bizi izləyin

Dünya

Səudiyyə Ərəbistanı Suriyada quru əməliyyatlarına başlayır

Səudiyyə Ərəbistanı ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın tərkibində Suriyada quru əməliyyatlarında iştirak etməyə hazırdır.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə Krallığın müdafiə nazirinin məsləhətçisi, briqada generalı Əhməd Asseri bildirib.

Onun sözlərinə görə, söhbət “İslam dövləti” (İŞİD) beynəlxalq terror qruplaşması ilə mübarizədən gedir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı 2015-ci il dekabrın 15-də terrorizmlə mübarizə üzrə İslam hərbi koalisiyasının yaradıldığını elan edib. Koalisiyaya 34 ölkə daxildir. Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel əl-Cubeyr ittifaq üzvlərinin bir-biri ilə informasiyaları mübadilə edəcəyini, birlikdə təlim keçəcəklərini və ehtiyac olduğu halda hərbi dəstələri silahlandıracaqlarını deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm