Deputat: “Neft iynəsi”ndən xilas olaq, dövlət məhv olur”
Bizi izləyin

Dünya

Deputat: “Neft iynəsi”ndən xilas olaq, dövlət məhv olur”

Rusiya Dövlət Dumasının “Ədalətli Rusiya” Partiyasından olan deputatı Oleq Paxolkov xaricə neft satışının dayandırılmasını təklif edib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, parlament üzvü İqtisadi İnkişaf Nazirliyinin başçısı Aleksey Ulyukayevə müraciətində neft satışından imtina yolu ilə Rusiyanın daxili iqtisadiyyatının inkişaf strategiyasının hazırlanması imkanlarının olduğunu bildirib.

Eyni zamanda Paxolkov etiraf edib ki, bu ölçünün birdən-birə tətbiq edilməsi mümkün deyil: “Rusiyanın partnyorları qarşısında götürdüyü öhdəliklər var və onları yerinə yetirmək lazımdır. Prosesin mərhələlərlə həyata keçirilməsini təklif edirəm. Satışı hər il 20 faiz azaltmaqla beş il ərzində bunu etmək olar. Xaricə neftin çatdırılmasını addımbaaddım azaldaraq onun satışını tam dayandırmaq mümkündür”.

Parlament üzvünün fikrincə, Rusiyanın ən böyük problemi onun bu vaxta kimi “neft iynəsi” üstündə oturmasından ibarətdir.

“Biz hələ də gözləyirik ki, neft nə vaxtsa bahalaşacaq. Amma iqtisadiyyat və dövlət məhv olur. Biz həmçinin gələcək nəsillərin ehtiyat resurslarını dağıdırıq. Dünyanın yanacaqdoldurma məntəqəsi olmaq bizdə alınmadı”, - Oleq Paxolkov iqtisadi inkişaf nazirinə müraciətində yazıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm