Kadırov Zakayevin ailəsi ilə görüşdü - VİDEO
Bizi izləyin

Dünya

Kadırov Zakayevin ailəsi ilə görüşdü - VİDEO

Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov çeçen mücahidlərinin liderlərindən biri, İçkeriya-Çeçen Respublikasının Londonda mühacir həyatı yaşayan baş naziri Əhməd Zakayevin ailəsi ilə görüşüb.

Publika.az xəbər verir ki, Kadırov görüşün videosunu “Instagram” səhifəsində dərc edib.

Urus-Martanedə Zakayevin ailəsinin qonağı olan Çeçenistan prezidentinin sözlərinə görə, onu mehriban qarşılayıblar.

“Onlar məni çeçen yeməklərinə və ətirli çaya qonaq etdilər. Əli (Əhməd Zakayevin qardaşı – red.) məni qardaş adlandırmaq üçün icazə verməyi xahiş etdi. Mən ona bu hüququ verdim və hər hansı suallar yaranacağı halda istənilən vaxt müraciət etməyi təklif etdim. Bəziləri mənim səfərimi belə izah edə bilər ki, Əhmədin qayıdışı məqsədi ilə Zakayevlərə təsir etmək istəyirəm. Amma mən and içə bilərəm ki, insanları görmək və onlarla oturmaqdan başqa heç bir hədəf yoxdur”, - Kadırov qeyd edib.

Çeçenistan Respublikasının başçısı həmçinin bildirib ki, Əhmədin Londonda oturması üçün səbəb yoxdur: “İçkeriya referendumun keçirilməsi anından mövcudluğunu dayandırıb. Xalq seçimini edib. Bu seçimə hamı hörmət etməyə məcburdur”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm