Tayvanda güclü zəlzələ: Ölən və yaralananlar var - FOTOLAR
Bizi izləyin

Dünya

Tayvanda güclü zəlzələ: Ölən və yaralananlar var - FOTOLAR

Tayvanda 6,4 bal gücündə zəlzələ olub.

Publika.az xəbər verir ki, bu barədə Sinxua Agentliyi məlumat yayıb.

Təbii fəlakət nəticəsində onlarla bina, o cümlədən 17 mərtəbəli göydələn uçub, onlarla adam ölüb. Dağıntılar altında xeyli adamın olduğu bildirilir. Yaralıların hamısı xəstəxanaya yerləşdirilib.

Mənbənin məlumatına görə, zəlzələ Çin dəmir yoluna da ciddi zərər yetirib. Syamen və Fuçjou şəhərlərinə gedən dəmir yolu xətti sıradan çıxıb, qatarların hərəkətində fasilə yaranıb.

Hazırda dağıntıların aradan qaldırılması və dəmir yolunun bərpası ilə bağlı iş davam etdirilir.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm