Pilot nənə təyyarə qəzası törətdi: 3 nəfər itkin düşdü
Bizi izləyin

Dünya

Pilot nənə təyyarə qəzası törətdi: 3 nəfər itkin düşdü

Sakit okeanın üzərində iki təyyarə toqquşub. Yüngül mühərrikli təyyarələrin toqquşması nəticəsində 3 nəfərin itkin düşdüyü bildirilir.

Publika.az xəbər verir ki, “ABC News”un yazdığına görə, həmin şəxslərin sağ qalmaq ehtimalları yoxdur.

Hadisə fevral ayının 5-də günorta saatlarında baş verib. Həmin vaxt havanın küləksiz və günəşli olduğu bildirilir.

Məlumata görə, təyyarələrin birini 72 yaşlı qadın idarə edib. Digər təyyarənin bortunda isə 61 və 81 yaşlı kişilər olub.

Hadisə yerindən təyyarələrin qalıqları və pilotlardan birinə məxsus jurnal tapılıb.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm