Böyük toqquşma yaxınlaşır - İttifaqa daha iki ölkə qoşuldu
Bizi izləyin

Dünya

Böyük toqquşma yaxınlaşır - İttifaqa daha iki ölkə qoşuldu

Bəhreyn qonşusu və müttəfiqi Səudiyyə Ərəbistanının ardınca Suriyaya quru qoşunlarını göndərməyə hazırdır.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə Bəhreynin Böyük Britaniyadakı səfiri Şeyx Favaza bin Məhəmməd əl-Xəlifə bildirib.

Onun sözlərinə görə, əməliyyatlar beynəlxalq terrorçuluğa qarşı koalisiyanın əməliyyatları çərçivəsində həyata keçiriləcək. Bəhreyn səfiri həmçinin vurğulayıb ki, yalnız “İslam dövləti” (İŞİD) deyil, həm də Əsəd rejim əməliyyatların hədəfi olacaq. O, qeyd etdi ki, Birləşmiş Ərəb Əmirlikləri də Suriyaya qoşunlarını göndərməyə hazırdır.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı müdafiə nazirinin məsləhətçisi, briqada generalı Əhməd Asseri ölkəsinin ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın tərkibində Suriyada quru əməliyyatlarında iştirak etməyə hazır olduğunu bildirib.

Britaniyanın “The Guardian” qeyd edib ki, ABŞ Müdafiə Nazirliyinin başçısı Eşton Karter Ər-Riyadın bəyanatını dəstəkləyib və bildirib ki, quru əməliyyatlar haqqında məsələ gələn həftə Brüsseldə səudiyyəli məmurlarla müzakirə ediləcək. Britaniya nəşri Ər-Riyaddakı mənbələrə istinadən bildirib ki, Səudiyyə Ərəbistanı quru əməliyyatlarında iştirak etmək üçün Suriyaya xüsusi təyinatlı bölmələrin bir neçə min əsgərini göndərə bilər.

Nəşrin mənbəyinin məlumatına görə, Səudiyyə Ərəbistanı, ehtimal ki, hərəkətlərini Türkiyə ilə koordinasiya etməyə hazırlaşır. Bildirilir ki, Ər-Riyad və Ankara bir neçə həftə əvvəl hərbi hərəkətlərin koordinasiyasına cavabdeh olan orqan yaradıb.

Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov isə bildirib ki, Türkiyə-Suriya sərhədində baş verənlər Türkiyənin Suriyaya müdaxiləyə hazırlaşdığını deməyə əsas verir. Onun sözlərinə görə, Türkiyə Suriyaya müdaxilə üçün intensiv hazırlıq görür.

Kremldən bildiriblər ki, vəziyyəti diqqətlə izləyirlər, ancaq konkret hansısa qiymətləndirmə aparmaq hələ tezdir. Dövlət Dumasının komitə başçısı Pavel Kraşeninnikov deyib ki, əgər Səudiyyə rəsmi Dəməşqin icazəsi olmadan Suriyaya qoşunları göndərərsə, bu müharibə elanı kimi qiymətləndiriləcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm