“Terrorçu” meymun tutuldu - VİDEO/FOTO
Bizi izləyin

Dünya

“Terrorçu” meymun tutuldu - VİDEO/FOTO

Hindistanda son altı aydır xalqı incidən meymunlardan biri tutulub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, xalq arasında “terrorçu” adlandırılan meymun Hindistanın Bombey şəhərində tutularaq qəfəsə salınıb.

Meymunlar son altı ayda insanların yeməklərini oğurladığı və yataqlarını parçaladığı üçün vətəndaşlar yerli səlahiyyətlilərə davamlı şikayət edirdi. Yerli bələdiyyə nümayəndələri meymunları tutmaq üçün bir nəfərə təlimat verib. Meymunlardan birini bir evdə sıxışdıran şəxs onu meyvə tələsi ilə ələ keçirə bilib.

Vətəndaşlar bu cür meymunlardan daha üç və ya dördünün olduğunu bildirirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm