BMT-dən Şimali Koreyaya ultimatum – TƏCİLİ TOPLANTI
Bizi izləyin

Dünya

BMT-dən Şimali Koreyaya ultimatum – TƏCİLİ TOPLANTI

BMT-nin baş katibi Pan Gi Mun “Kvanmönson-4” süni peykinin buraxılışını uğurla həyata keçirdiyini bəyan edən Koreya Xalq Demokratik Respublikasını (KXDR) təxribatçı əməlləri dayandırmağa və beynəlxalq ictimaiyyət qarşısındakı öhdəliklərinə əmək etməyə çağırıb. O bildirib ki, ballistik raket buraxılışının həyata keçirilməsi BMT Təhlükəsizlik Şurasının qətnamələrinin pozulması deməkdir.

Xatırladaq ki, KXDR Milli Kosmik İdarəsinin yaydığı bəyanatda fevralın 7-də “Kvanmönson-4” süni peykinin buraxılışının uğurla həyata keçdiyi, bunun Şimali Koreyada elm və texnologiyanın inkişafı nəticəsində mümkün olduğu bildirilir.

Publika.az xəbər verir ki, BMT-nin Təhlükəsizlik Şurası Şimali Koreyanın bu addımını pisləyib və cavab tədbirlərinin nəzərdə tutulduğu qətnamə hazırlamağa başlayıb. ABŞ, Koreya Respublikası və Yaponiya isə Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini tələb ediblər. İclasın bu gün keçirilməsi nəzərdə tutulur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm