Taliban daha bir şəhəri ələ keçirib
Bizi izləyin

Dünya

Taliban daha bir şəhəri ələ keçirib

Əfqanıstanın Helmand vilayətinin Səngin şəhərinin əsas rayonu bir daha Taliban qüvvələrinin ələ keçirilməsi ərəfəsindədir.

Publika.az xəbər verir ki, bu barədə Əfqanıstan ordusunun komandiri bildirib. Adının çəkilməsini istəməyən komandir, BBC-yə bildirib ki, rayonun böyük hissəsi artıq zəbt edilib.

O bildirib ki, Əfqanıstan hökuməti hazırda Səngin şəhərinin cəmi bir neçə kilometrinə nəzarət edir. Hətta o ərazilər də açıq təhlükə altındadır.

Ötən ilin dekabrında məlumatlar yayılıb ki, rayon, demək olar, tamamilə Talibanın əlinə keçib və o zamandan bəri Əfqanıstan hökuməti şəhərə ordu göndərib.

Hökumət rəsmiləri dəfələrlə bəyan ediblər ki, Talibanın hücumlarına baxmayaraq, Sangin təhlükəsizlikdədir.

Lakin komandir fərqli fikirlər söyləyir. Komandir bildirib ki, son günlər Taliban yerdə qalan əsgərlərə də hücum edib və nəticədə çoxlu əsgər həlak olub.

Üç gün öncə səkkiz əfqan əsgəri həlak olub, doqquzu isə əsir götürülərək Talibanın "Sahra Yak" bazasına aparılıb.

Bütün silah və döyüş sursatları, o cümlədən zirehli nəqliyyat vasitəsi də götürülüb.

"Digər iki düşərgə də təhlükə altındadır, əgər lazımi dəstək almasalar, onları da eyni aqibət gözləyir," - deyə komandir bildirib.

Komandir iddia edir ki, günlərdir bu rayona yardım göndərilmir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm