Türkiyə PKK-nın üstünə “Kirpi” göndərəcək – FOTOLAR
Bizi izləyin

Dünya

Türkiyə PKK-nın üstünə “Kirpi” göndərəcək – FOTOLAR

Türkiyə ordusu PKK terrorçularına qarşı dağlıq ərazilərdə yüksək manevr imkanlarına malik olan və minalı ərazilərdə daha təhlükəsiz hərəkət edən “Kirpi” hərbi maşınlarından geniş istifadə edəcək.

Publika.az xəbər verir ki, Türkiyənin Müdafiə Sənayesi Nazirliyinin sifarişi ilə “British Motor Corporation” (BMC) tərəfindən ölkədə istehsal edilən bu hərbi texnika dağlıq və minalı ərazilərdə hərbçilərin təhlükəsizliyi üçün tam əlverişlidir. Belə ki, “Kirpi” tank əleyhinə minaların üzərindən keçdikdə və qəfil silahlı pusquya düşdükdə belə, içərisində daşıdığı canlı qüvvə sağ qalmış olur. Hazırda (4x4) və (6x6) növlərində istehsal edilən “Kirpi”nin ağırlığı 16 və 20 ton təşkil edir. Hərbi texnika içərisində 13 nəfər canlı qüvvəni təhlükəsiz olaraq daşıya bilir. Əgər bu texnikanın aşağı hissəsində hər hansı bomba partlayarsa, o zaman hərbi maşının altındakı güclü polad zireh təhlükənin qarşısını minimuma endirir.

Xatırladaq ki, Cənubi Afrika istehsalı olan “Matador” və “Marauder” adlanan oxşar zirehli hərbi texnika Azərbaycan Silahlı Qüvvələri üçün “Bəbir” kod adı ilə hazırlanır.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm