Dünya
Rusiya və İran arasında yeni müqavilə
“Ordumuzun hava qüvvələrinin ehtiyacını nəzərə alaraq
“Su-30” qırıcılarını satın almaq üçün Rusiya ilə müqavilə imzalamaq
ərəfəsindəyik. Hazırda ruslarla bu barədə danışıqlar aparırıq.
Satın alınacaq qırıcıların sayı da artıq bəlli olub, lakin bunu
hələlik açıqlaya bilməyəcəyəm”.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bunu
İranın müdafiə naziri Hüseyn Dehqan jurnalistlərə açıqlamasında
bildirib.
O, hava hücumundan müdafiə sistemi sayılan “S-300” raketlərinin
razılaşmaya əsasən İrana təhvil veriləcəyini qeyd edib.
“Özümüz isə ölkədə inkişaf etmiş bir tankın istehsalını başa çatdırmışıq. Adı hələlik “Kərrar” olan bu tank, Rusiyanın “T-90” tankından güclü olmasa da, ondan geri də qalmır. Biz həmçinin “Emad-2” ballistik raketlərin yeni növlərinin istehsalını uğurla davam etdiririk. Bundan başqa ölkədə “Bavər-373” raketlərlə bağlı hava hücumundan müdafiə sisteminin təkmilləşdirilməsi davam edir və 2017-ci ilin mart ayına qədər onun təqdimatı keçiriləcək”,- deyə müdafiə naziri əlavə edib.
Məryəm
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ