Həsən Ruhani ölkədəki korrupsiyadan danışdı
Bizi izləyin

Dünya

Həsən Ruhani ölkədəki korrupsiyadan danışdı

İran prezidenti Həsən Ruhani ölkədə baş alan qaçaqmalçılıq və daxili istehsalın çöküşünü ölkədəki manipulyasiya və korrupsiya şəbəkəsinin fəaliyyəti ilə əlaqələndirib.

Publika.az İran mətbuatına istinadən xəbər verir ki, Ruhani bunu paytaxt Tehranda keçirilən 138 inşaat proyektinin eyni zamanda açılışı tədbirində çıxış edərkən deyib.

O, qeyri-neft sektorunun aktivliyinin adını çəkmədiyi bu gizli şəbəkənin ifşası və dağılmasından asılı olduğunu vurğulayıb.

Qeyd edək ki, Prezident Ruhani keçən il də belə çıxış edərək, ölkənin bütün idarəetmə qüvvələrinin bir güc mərkəzinin tabeçiliyində olmasını tənqid etmişdi. İranlı ekspertlərin fikrincə Ruhaninin vaxtaşırı tənqid etdiyi qurum İran İslam İqlabı keşikçiləri (SEPAH) korpusunun olması ehtimalı güclüdür.

Məryəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm