
Rusiya paytaxtı Moskvada
yerləşən üç iri ticarət mərkəzində - "Afimoll-siti",
"Atrium" və "Belaya daça"da müştəriləri evakuasiya
ediblər.
ANS-in məlumatına görə, hadisə zamanı
obyektlərdən bir neçə min müştəri çıxarılıb. Rusiya xəbər
agentlikləri evakuasiyanın partlayış qorxusu altında baş verdiyini
bildirib.
Rus KİV-lərinin yazdığına görə, Moskva ətrafı dairəvi yolun
yaxınlığında yerləşən "MEQA Belaya daça" ticarət mərkəzinə terror
hücumu ilə bağlı məlumat daxil olub. Kursk vağzalının yaxınlığında
yerləşən "Atrium"dan və "Afimoll Siti"dən də evakuasiyanın "texniki
səbəbdən" gerçəkdəşdirildiyi bildirilir.
"Afimoll Siti"də "Miss Rossiya" gözəllik
müsabiqəsinin kastinqi keçirilməli idi. Rusiya mətbuatı hər üç
ticarət mərkəzində şübhəli əşyaların tapıldığını bildirir. Həm
"MEQA Belaya daça" ticarət mərkəzinə, həm də "Afimoll Siti"yə
ərazidə bomba olması ilə bağlı telefon zəngi gəlib.
Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva şəhər idarəsindən
verilən məlumata görə, hazırda ticarət mərkəzlərinin girişində
təcili yardım maşınları və yanğınsöndürənlər növbə
tutublar.