Norveç Təhlükəsizlik Xidməti: Rusiya bizim üçün təhdid yaradır
Bizi izləyin

Dünya

Norveç Təhlükəsizlik Xidməti: Rusiya bizim üçün təhdid yaradır

Norveç Təhlükəsizlik Təşkilatı Xüsusi Xidməti (PST) ölkənin Rusiyadan gözlənilən təhlükəsi ilə əlaqədar hesabat hazırlayıb.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Norveçin təhlükəsizliyi ilə bağlı hazırlanan hesabatda Rusiyanın bu ölkə üçün böyük təhdid ünsürü olduğu bəyan edilib.

Həmçinin, hesabatda Rusiyanın Norveçdən kəşfiyyat məlumatları əldə etdiyi iddia edilir.

Rusiyanın Oslodakı səfirliyinin bu hesabata reaksiyası da çox gecikməyib. Rusiya səfirliyi bu hesabata sərt mövqe sərgiləyərək, bildirib ki, Norveç Təhlükəsizlik Təşkilatı Xüsusi Xidməti bu iddialarla yalnız özlərini aldadır: Oslo hökuməti Norveçdəki rus xüsusi xidmət orqanlarının bu ölkədən kəşfiyyat məlumatları sızdırdığını iddia edir. Bu iddialar iki ölkə arasındakı münasibətlərə mənfi təsir göstərə bilər”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm