Kiyev Rusiya ilə müharibənin proqnozunu verdi
Bizi izləyin

Dünya

Kiyev Rusiya ilə müharibənin proqnozunu verdi

Ukrayna prezidenti Pyotr Poroşenkonun məsləhətçisi Vladimir Qorbulin Donbas hövzəsində münaqişənin nizama salınması və Krımın Kiyevin nəzarəti altına qaytarılması üçün gücdən istifadə etməyə çağırıb.

Publika.az xəbər verir ki, Qorbulin bu barədə ZN.UA saytı üçün yazdığı məqaləsində bildirib.

Onun sözlərinə görə, Donbas münaqişəsinin həlli və zəbt edilmiş Krımın azad edilməsi üçün diplomatik vasitələrin potensialı tədricən tükənir.

“Ərazilərin azad edilməsi uzun çəkə bilər. Bunun üçün yalnız o halda əlverişli şərait yaranacaq ki, Ukrayna möhkəmlənəcək, Rusiya zəifləyəcək və qərb müttəfiqləri Ukrayna xalqının müharibəsinə dəstək verməyə hazır olacaqlar. Hələlik belə imkan yoxdur. İşğalçılar və onların qulluqçularına təzyiqin əsas vasitəsi işğal edilmiş ərazilərin mühasirəsi olacaq", - Qorbulin yazıb.

Fevralın 14-də Rusiyanın baş naziri Dmitri Medvedev bildirib ki, Krımın statusu haqqında məsələ artıq mövcud deyil: “Bu məsələ Rusiya üçün mövcud deyil. Bu məsələ həmişəlik bağlanıb. Krım və Sevastopol Rusiya ərazisinin bir hissəsidir”.

Yanvarda isə Ukrayna prezidenti Pyotr Poroşenko Krımın qaytarılması üzrə “Yol xəritəsi”nin bəndlərini göstərib.

2015-ci il dekabrın 24-də Krımın başçısı Sergey Aksyonov Poroşenkoya yarımadanın qaytarılması ideyasını unutmağı məsləhət görüb. O, qeyd edib ki, bu məsələdə heç bir strategiyanı hazırlamaq lazım deyil: “Çünki krımlılar Rusiya ilə yenidən birləşmə üzrə öz seçimini ediblər”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm