İstanbul hava limanında qorxulu anlar: Ön təkərləri açılmayan təyyarə belə eniş etdi - VİDEO
Bizi izləyin

Dünya

İstanbul hava limanında qorxulu anlar: Ön təkərləri açılmayan təyyarə belə eniş etdi - VİDEO

İstanbul hava limanında ABŞ şirkətinə məxsus yük təyyarəsi ön şassisinin açılmaması səbəbindən gövdəsi üzərinə eniş edib.

Publika.az xəbər verir ki, Paris-İstanbul səfərini yerinə yetirən “Boeing 763” tipli təyyarənin “Fedex” şirkətinə məxsus olduğu bildirilir.

Təyyarənin ekipaj üzvləri İstanbul hava limanının idarəetmə qülləsi ilə əlaqə saxlayaraq gövdəsi üzərinə enmək üçün icazə istəyib. Bunun üçün hava limanında eniş üçün lazımi tədbirlər görülüb və Aeroport Xilasetmə və Yanğından Mühafizə Xidməti qrupları uçuş-enmə zolağına göndərilib. Təyyarə heç bir problem olmadan gövdəsi üzərinə eniş edib.

Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb.

Həmin görüntüləri təqdim edirik:

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm