Rusiya ümidsizdir – 2030-cu ilə qədər davam edəcək
Bizi izləyin

Dünya

Rusiya ümidsizdir – 2030-cu ilə qədər davam edəcək

“Lazım olan islahatlar keçirilməsə və neft qiymətləri yüksəlməsə Rusiya iqtisadiyyatındakı durğunluq ən azı daha 15 il davam edəcək”.

Publika.az “Vedomosti” nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiya Maliyyə Nazirliyinin açıqlamasında deyilir.

Maliyyə Nazirliyi 2030-cu ilə qədər iqtisadiyyatın inkişafının variantlarını açıqlayıb. Proqnozun mühafizəkar variantında 2030-cu ilə qədər neftin qiyməti 40 barel səviyyəsində qalır (İldə təxminən 1 dollar artır). Bütün bu vaxt ərzində iqtisadiyyat il ərzində yalnız 1-1,3 faiz artacaq.

Rusiyaya son iki ildəki geriləməni aradan qaldırmaq üçün dörd il lazım olacaq. Maliyyə Nazirliyi 2016-cı ildə iqtisadiyyatın daha 0,8 azalacağını gözləyir. 2017-ci ildə artım bərpa olunacaq və 2020-ci ildə ümumi daxili məhsulun real ölçüsü 2014-cü il səviyyəsində bərpa olunacaq. 2014-cü ildəki maaşların real səviyyəsinə yalnız 2025-ci ildə qayıtmaq mümkün olacaq.

İnersiya proqnozuna görə, 2030-cu ilə qədər Rusiyada orta illik iqtisadi artım 0,8 faiz təşkil edəcək. Nominal ifadədə neftin qiyməti 50 bareli ötəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm