““Ətrafımızda ən azı 7 dövlət idarəolunmaz vəziyyətdədir” - Əhməd Davudoğlu
Bizi izləyin

Dünya

““Ətrafımızda ən azı 7 dövlət idarəolunmaz vəziyyətdədir” - Əhməd Davudoğlu

“Biz orada AKP-nin strategiyasından danışmırdıq”

Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu, Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan, Xarici İşlər Nazirliyinin (XİN) baş müşaviri Feridun Sinirlioğlu və Türkiyə Baş Qərargahının ikinci rəisi, ordu generalı Yaşar Gülərə aid olduğu bildirilən səs qeydi Türkiyənin gündəm mövzusudur. “YouTube”də yayılan səs qeydində Suriyaya müdaxilə ssenarisi ətrafında danışılır.

Publika.Az – ın verdiyi xəbərə görə, Türkiyə xarici işlər naziri Əhməd Davutoğlu sözügedən səs qeydini NTV kanalının canlı efirində dəyərləndirib.

Orada danışılan mövzunun AKP strategiyası olmadığını deyən nazir bunun partiyaya deyil, dövlətə qarşı bir hücum olduğunu bildirib: “Orada iki dövlət yoxdur. Türkiyə xarici işlər naziri, Silahlı Qüvvələri Baş Qərargahının ikinci başçısı, MİT rəhbəri və Xarici İşlər Nazirliyinin müşaviri danışır. Orada siyasətdən danışılmır. Konyada mitinq meydanında AKP-li olaraq danışaram, amma nazir olaraq məni tənqid edən, hətta nifrət edənlərin təhlükəsizliyi bizdən soruşulur. Biz orada 75 milyonun taleyini danışırıq. Dövlət əxlaqına, ən əhəmiyyətlisi demokratiya anlayışına sahib olan heç kim bunu edə bilməz. Kamal Kılıçdaroğluna söyləyirəm, hesabınız varsa, bizimlə görün. Xalq bu hesabı 30 Martda onsuz da görəcək”.

Ə.Davutoğlu toplantının keçirildiyi otaqda siqnal kəsici cihaz olan jammerdən istifadə edildiyini bildirib. Türkiyə xarici işlər naziri hərbi və təhlükəsizlik mövzularının danışıldığı bir toplantıya edilən kiber hücumun prinsip etibarilə hərbi hücumdan fərqlənmədiyini deyib. O, dinləməni təşkil edənləri və buna səssiz qalanların "İraq-Şam İslam Dövləti" (İŞİD) və Suriya rejiminə xidmət etdiyini söyləyib.

“Ətrafımızda ən azı 7 dövlət idarəolunmaz vəziyyətdədir. Onların vəziyyəti bizə təsir edir. 15 il əvvəl Türkiyənin xarici siyasət gündəmi bu qədər fərqli deyildi. Amma bu gün Somali, Əfqanıstan, Bosniya və Suriyada da Türkiyə olmadan qərar qəbul oluna bilməz. Belə bir strateji rola sahib olan ölkəyə xaricdən hər kəs müdaxilə etmək istəyə bilər. Daxildə də onlarla birgə işləyənlər ola bilər”, - Ə.Davudoğlu söyləyib.

Xarici işlər naziri dinləmə ilə əlaqədar olaraq araşdırmaların davam etdiyini, amma deyilənlərin əksinə olaraq mühafizəçilərindən nəzarətə alınanın olmadığını bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm