Ərdoğana jest: “Ey rus...” - FOTO
Bizi izləyin

Dünya

Ərdoğana jest: “Ey rus...” - FOTO

Diyarbəkir vilayətinin Sur mahalında PKK terror təşkilatına qarşı əməliyyatları aparan xüsusi hərəkat polisi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana jest edib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, polis “Ey rus, sizin RPG-niz varsa, bizim də R.T.E.-miz var” yazılan divarın qarşısında şəkil çəkdirərək Rusiyadan çəkinmədiyini və Ərdoğana güvəndiyini bildirib.

Qeyd edək ki, son günlər anti-terror əməliyyatlarında iştirak edən təhlükəsizlik gücləri dövlət başçısına dəstək mesajları göndərirlər. Bu günlərdə iki xüsusi hərəkat polisi “Uzun adam, sizi dəstəkləyirik” yazılan divarın qarşısında şəkil çəkdirmişdi.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm