Buş geri çəkildi
Bizi izləyin

Dünya

Buş geri çəkildi

Florida ştatının sabiq qubernatoru Ceb Buş ABŞ prezidenti postu uğrunda mübarizəni dayandırdığını bəyan edib.

Publika.az xəbər verir ki, bunu o, Cənubi Karolina ştatında tərəfdarları qarşısında çıxışı zamanı bildirib.

"Bu gün mən öz kampaniyamı dayandırıram", - deyə o elan edib.

Qeyd olunur ki, Buş respublikaçılar arasında ilkin seçkilərdə 10 faiz səs toplaya bilməyib.

Bundan əvvəl isə Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd, milyarder Donald Trampın respublikaçılar arasında keçirilən ilkin seçkilərdə qələbə qazandığı bildirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm