AKP çalxalanır – Ərdoğan Gülü siyahıdan çıxardı - VİDEO
Bizi izləyin

Dünya

AKP çalxalanır – Ərdoğan Gülü siyahıdan çıxardı - VİDEO

Türkiyə Ədalət və İnkişaf Partiyasının (AKP) daxilində qarşıdurma getdikcə artır.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, aralarında ölkənin 11-ci prezidenti Abdullah Gül ilə AKP-dən ilk xarici işlər naziri olan Yaşar Yakışın da olduğu dörd nəfərin adı partiyanın qurucu üzvlərinin siyahısından çıxarılıb.

Siyahıdan adı çıxarılan digər qurucu üzvlər Nur Doğan Topaloğlu ve Yasemin Kumraldır. Qurucu üzvlərinin siyahısına haqqında hər hansı məlumat verilməyən Ceyhun Jasemin Şimşəkin adı əlavə olunub.

Partiyanın rəsmi internet saytına görə, qurucu üzvlərin sayı 64-dən 61-ə endirilib.

Türkiyə mediasının yazdığına görə, Abdullah Gülə yaxın adlar kimi tanınan Bülənt Arınc, Hüseyn Çelik və digərləri prezident Rəcəb Tayyib Ərdoğanın formalaşdırdığı yeni rəhbərliyə qarşı çıxır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm