Ərdoğana görə arvadını məhkəməyə verdi
Bizi izləyin

Dünya

Ərdoğana görə arvadını məhkəməyə verdi

Türkiyədə yük maşınının sürücüsü ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir etdiyi üçün həyat yoldaşından məhkəməyə şikayət edib.

Publika.az xəbər verir ki, bu barədə “Yeni Safak” qəzeti yazıb.

“Mən ondan bunu niyə etdiyini soruşurdum və xəbərdarlıq edirdim. Bizim prezidentimiz yaxşı insandır və Türkiyə üçün yaxşı şeylər edib", - üç il əvvəl evlənən 40 yaşlı Əli deyib.

38 yaşlı xanımın əri bildirib ki, telekanallarda Ərdoğanı görən kimi onu təhqir edirdi. Əli isə sadəcə olaraq kanalı dəyişdirirdi. Həyat yoldaşından atasına da şikayət edən Əli sonda məhkəməyə üzünü tutub.

Öz növbəsində qadın Əlidən boşanmağa qərar verib.

Türkiyənin Cinayət Məcəlləsinin 299-cu maddəsi ölkə prezidentinin təhqirinə görə 4 il müddətinə qədər həbs cəzasını nəzərdə tutur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm