Avropa yeni qaçqın dalğası gözləyir
Bizi izləyin

Dünya

Avropa yeni qaçqın dalğası gözləyir

Təxminən 200 min qaçqın Liviya və Misirdən Avropaya köç etməyə hazırlaşır. Onlar Aralıq dənizində hava şəraitinin yaxşılaşmasını gözləyirlər. Bu məlumatı verən Macarıstan KİV-ləri xüsusi xidmət orqanlarına istinad edirlər. Nəşrlərin yazdığına görə, Liviyaya gələnlər əsasən Eritreya, Somali və Nigeriyadan olan qaçqınlardır. Onların arasında suriyalıların da sayı günbəgün artır.

Macar KİV-ləri qeyd edirlər ki, miqrantlar Balkan yarımadasından keçən ənənəvi marşrutdan imtina edirlər. Çünki hazırda Avropa İttifaqı sərhədlərində mühafizə xeyli gücləndirilib. Bundan başqa, Egey dənizində də nəzarət yüksək səviyyəyə çatdırılıb. Makedoniyanın da öz sərhədlərini qapatdığı təqdirdə qaçqınlar Avropa İttifaqı ərazisinə Yunanıstanın qərb sahilindən, yaxud Albaniyadan dənizlə İtaliyaya keçməyə cəhd edə bilərlər.

Fevralın 20-də Liviya sahillərində fəlakətə uğramış 240 qaçqın xilas edilib. Onlar Aralıq dənizi ilə İtaliyaya yollanırdılar. Təəssüf ki, bu sayaq təhlükələr miqrantları qorxutmur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm