
4 ildən sonra Tehranda yenidən fəaliyyətə başlayan Britaniya səfirliyi İran vətəndaşları üçün viza verməyə başlayıb.
Publika.az İran mətbuatına istinadən xəbər
verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Filip
Hemond deyib. O qeyd edib ki, əvvəlcədən planlaşdırıldığı kimi
səfirliyin fəaliyyətindən 6 ay sonra viza xidməti də öz işinə
başlayıb.
Qeyd edək ki, 2012-ci ilin dekabrında radikal isalmçı qrupların
hücumundan sonra böyük Britaniya səfirliyin fəaliyyətini
dayandırmışdır. İranın nüvə müzakirələrindən, sanksiyaların
tədricən ləğvindən sonra iki ölkə arası münasibətlər yenidən
yaxşılaşıb.
Məryəm